ABŞ Kuba ilə yaxınlaşır

ABŞ prezidenti Donald Tramp Kuba ilə münasibətlərin normallaşmasına əminlik ifadə edib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Tramp hələ də Kubanın xarici siyasətindən narazı olsa da, gələcəkdə ölkəsi ilə münasibətlərin yaxşılaşmasına ümid edir.

"İndiki halda onlar özlərini yaxşı aparmır. Bu isə o demək deyil ki, biz onlara qarşı loyal davranmalıyıq. Biz onlarla inadla davranırıq". - Tram beləd eyib.

Tramp əlavə edib ki, kubalılar qeyri-adi millətdir və onlar ölkəni möhkəm saxlayıblar.

Qeyd edək ki, ABŞ və Kuba 2014-cü ilin sonunda münasibətlərin normallaşması istiqamətində ilkin addım atıblar. 2015-ci ilin iyulunda isə diplomatik əlaqələr bərpa olunub. Tərəflər ikitərəfli əməkdaşlığa dair bir sıra sazişlər imzalayıb. Buna baxmayaraq, ABŞ Konqresi tərəfindən Kubaya tətbiq edilən ticarət embarqosu qüvvədədir.