Trampın qızı və kürəkəni məhkəmədə

Vaşinqtonlu vəkil ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampı və onun həyat yoldaşı Cared Kuşneri məhkəməyə verib.

AzNews.az Politico-ya istinadən xəbər verir ki, onlar öz gəlirlərinin gizlədilməsində ittiham edilir.

Məhkəmə sənədlərinə əsasən, cütlük özlərinin sahib olduğu 30 investisiya fondunun aktivləri barədə bəyannamə təqdim etməyiblər.

Kuşner 1978-ci ildə qəbul olunmuş dövlət qulluqçularının davranış etikası haqqında qanunun tələblərinə riayət etməyib.