NATO rəsmisi Qarabağdan danışdı

Ermənistanda 13-18 dekabr tarixlərində keçirilən NATO həftəsi çərçivəsində İrəvana gələn alyans rəsmisi Rouz Getemüller xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə mövzusu olub.

Nalbandyan deyib ki, NATO rəsmisinə münaqişənin həll variantının müddəaları təqdim edilib.

Rouz Getemüller isə deyib ki, NATO ATƏT-in Mİnsk qrupuna daxil olan həmsədr ölkələrlə bu münaqişənin həlli üçün əlindən gələni edəcək.