ABŞ BMT-nin Təhlükəsizlik Şurasının prezident Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarını rədd edən qətnaməsinə veto tətbiq edib. ABŞ BMT-nin Təhlükəsizlik Şurasının prezident Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarını rədd edən qətnaməsinə veto tətbiq edib.

ABŞ-dan BMT Təhlükəsizlik Şurasının qətnaməsinə - Veto

ABŞ BMT-nin Təhlükəsizlik Şurasının prezident Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarını rədd edən qətnaməsinə veto tətbiq edib.

AzNews.az xəbər verir ki, qətnamə layihəsində Trampın bu ayın əvvəllərində səsləndirdiyi qərara və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dərin təəssüf bildirilib. Qətnamə layihəsi bütün ölkələri diplomatik missiyaları Qüdsə köçürməkdən çəkinməyə çağırır.

İsrail bu şəhəri paytaxtı hesab edir və bütün səfirliklərin buraya köçürülməsini istəyir. Fələstinlilər şəhərin şərqini özlərinin gələcək dövlətlərinin paytaxtı sayır. Fələstin lideri Mahmud Abbas Trampın Qüdslə bağlı mövqeyi ilə özünü təcrid etmiş olduğunu bildirib.

Qüds müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs şəhər hesab edilir. Eyni zamanda, Qüds İslam dünyası üçün üçüncü müqəddəs şəhərdir.