Misirin Qahirə yaxınlığında yerləşən Xeluan şəhərində naməlum silahlıların kilsəyə hücumu nəticəsində iki polis əməkdaşı ölüb. Misirin Qahirə yaxınlığında yerləşən Xeluan şəhərində naməlum silahlıların kilsəyə hücumu nəticəsində iki polis əməkdaşı ölüb.

Misirdə kilsəyə hücum - Yenilənib

Misirin Qahirə yaxınlığında yerləşən Xeluan şəhərində naməlum silahlıların kilsəyə hücumu nəticəsində iki polis əməkdaşı ölüb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, polis naməlum silahlılardan birini tutmağa müvəffəq olub.

Digər silahlının axtarışları aparılır.

***

Misirdə kilsəyə hücum nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. Daha 10 nəfərin yaralandığı bildirilir.

Ölənlərdən 4-ü polis, 5-i isə mülki vətəndaşdır.