Filippin adalarında təsirini davam etdirən Tembin (Vinta) tayfununun səbəb olduğu torpaq sürüşməsi və sel nəticəsində ölənlərin sayı 30-a yüksəlib. Filippin adalarında təsirini davam etdirən Tembin (Vinta) tayfununun səbəb olduğu torpaq sürüşməsi və sel nəticəsində ölənlərin sayı 30-a yüksəlib.

Tayfun qasırğası 30 can aldı Filippin adalarında

Filippin adalarında təsirini davam etdirən Tembin (Vinta) tayfununun səbəb olduğu torpaq sürüşməsi və sel nəticəsində ölənlərin sayı 30-a yüksəlib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Tembinin vurduğu Filippinin ikinci böyük adası Mindanaonun Tubod əyalətində 19, Lanao del Sur əyalətində 7, bölgədəki digər yerlərdə isə 4 nəfər həyatını itirib.

Qeyd edək ki, cümə günü Mindanao Adasını vurduqdan sonra saatda 95 kilometr sürətlə Sulu dənizinə doğru yönələn tayfunun bu gün Palavan adasına çatması gözlənilir.

Xatırladaq ki, ölkədə keçən həftə də tüğyan edən Urduca fırtınasının yol açdığı sel və sürüşmələrdə 40-dan çox adam həyatını itirmişdi. İnfrastruktur və kənd təsərrüfatına 20 milyon dollara yaxın zərər dəymişdi.