Havay adalarında yaşayan Oaxu Alan Robinson və Uolter Makfarleyn məktəb illərindən dostluq etməyə başlayıb. Havay adalarında yaşayan Oaxu Alan Robinson və Uolter Makfarleyn məktəb illərindən dostluq etməyə başlayıb.

60 ildən sonra qardaş olduqların bildilər

Havay adalarında yaşayan Oaxu Alan Robinson və Uolter Makfarleyn məktəb illərindən dostluq etməyə başlayıb.

AzNews.az KHON2-a istinadən xəbər verir ki, bir qədər əvvəl onlar doğma qardaş olduqlarını öyrəniblər.

Alan və Uolter 6-cı sinifdə dostlaşıblar. Onların indi doğma heç kimi qalmayıb.

Alanı uşaq ikən götürüb saxlayıblar və o, öz bioloji ata-anası barədə məlumata malik olmayıb. Onun kiçik qardaşı 19 yaşında ölüb.

Uolter isə atasını görməyib, onu anası böyüdüb.

Alan çoxdan bəri sosial şəbəkələrdə öz doğmalarını axtarsa da, nəticə verməyib.

DNT testinin köməyi ilə bir xidmətə müraciət edən Alan Uolterlə qardaş olduğunu aşkara çıxarıb.

Məlum olub ki, onların ataları fərqli olsa da, eyni ananın uşaqlarıdırlar.