"Suriyada bir nəfər də olsun erməni yoxdur" - Rusiyalı diplomat

"Suriyada yaşayan ermənilər vətəndaş müharibəsi səbəbindən ölkəni tərk ediblər".

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi elçisi Aleksandr Lavrentyev bəyan edib.

"Suriyada yaşayan xristianların əksəriyyəti ölkəni tərk edib. Ölkənin əsasən şimal bölgələrində yaşayan ermənilər belə qalmayıb", - diplomat açıqlayıb.

Aleksandr Lavrentyev Suriya rəhbərliyinin xristianları ölkəyə qaytaracağına əminliyini ifadə edib.