- Köhnə - Dünya
- 13 Yanvar 2018 17:41
- 3 080
Pakistanda qadınlar küçəyə axışdı - Fotolar

Pakistanda qadınlar 8 yaşlı qızın zorlanaraq öldürülməsi ilə bağlı nümayiş keçirib.
AzNews.az xəbər verir ki, Pakistanda 8 yaşlı Zeynəb Ənsarinin zorlanaraq öldürülməsi ilə bağlı Kəsur şəhərində yaşayanlar etiraz etmək üçün küçələrə çıxaraq qatilin həbsini tələb ediblər. Nümayişdə keçən il ən azı 12 kiçik qızın qaçırılaraq zorakılığa məruz qalması və cinayətkarların hələ də tutulmadığı diqqət çəkib. Təhlükəsizlik qüvvələri ilə qanlı toqquşmalara gətirib çıxaran nümayiş zamanı 2 nəfər həyatını itirib. Küçəyə axışan qadınlar ədalət tələb ediblər.
5 yanvar tarixində 8 yaşlı Zeynəb Ənsari evdən Quran kursuna getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. qızın meyiti isə çərşənbə axşamı çöldə zibillikdə tapılıb. Hadisə ilə bağlı açıqlama verən polis qızın bir neçə dəfə zorlanaraq boğulmasını bildirib. Rəsmilər DNT testi nəticəsində müəyyən ediblər ki, hadisəni törədən şəxs 5 belə oxşar əməldə şübhəli bilinir. Bununla bağlı 8 nəfər həbs edilib, onlardan 2-si qızın qohumlarıdır.