- Köhnə - Dünya
- 18 Yanvar 2018 21:22
- 2 502
Türkiyədə fövqəladə vəziyyət rejimi yenə uzadıldı
Türkiyə Böyük Millət Məclisi (TBMM) 15 iyul hərbi çevrilişə cəhd hadisələri ilə əlaqədar ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini yenə uzadıb.
AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, qərar 19 yanvar 01:00-dan etibarən 3 ay müddətində qüvvədə olacaq.
Qeyd edək ki, bundan öncə 5 dəfə bu qərar qüvvədə saxlanılıb.