Almaniyada qasırğa nəticəsində ölənlərin sayı 8-ə çatdı

Almaniyada “Frederik” qasırğası nəticəsində ölənlərin sayı 8-ə çatıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, Hollandiya və Belçikada isə qasırğa nəticəsində üç nəfər ölüb.

Dünən başlayan və saatda sürəti 140 km olan qasırğa qərbi Almaniyada məktəblərin bağlanmasına, yüz minlərlə evin işıqsız qalmasına və dəmir yolunda problemlərin yaranmasına səbəb olub.