"Samsung"un vitse-prezidenti həbsdən buraxıldı

Cənubi Koreya məhkəməsi "Samsung" şirkətinin vitse-prezidenti Li Ze Yonqu həbsdən buraxıb.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 2017-ci ilin fevral ayında Seul məhkəməsi Cənubi Koreya prezidenti Pak Kın Hye ətrafında baş verən korrupsiya qalmaqalı ilə bağlı ittiham olunan "Samsung"un faktiki rəhbəri haqqında həbs qərarı çıxarmışdı.

Avqust ayında Seul məhkəməsi Li Ze Yonqun rüşvətlə bağlı məsələlərdə adı hallandığı üçün 5 il həbs cəzası aldığını bildirib.