Göyərtəsində 22 nəfər olan tanker yoxa çıxdı

Göyərtəsində 22 hindli dənizçi olan tanker Benin sahillərində yoxa çıxıb.

AzNews.az xəbər verir ki, NDTV telekanalının məlumatına görə, tankerlə 48 saatdır ki, əlaqə yaratmaq olmur. Məlumatlara görə, Panamada qeydə alınmış dəniz gəmisinin təxminən cəmi 8,1 milyon dollar məbləğində 13,5 min ton yanacaq tutumu olub. Hindistan hüquq mühafizə orqanları gəminin yükü ələ keçirməyə çalışan quldurlar tərəfindən tutulduğunu və dənizçilərin müqabilində pul tələb edəcəklərini iddia edirlər. Ancaq bu günə qədər bu versiya heç bir təsdiqini tapmayıb.

Kanalın məlumatına görə, Hindistan Neft Nazirliyi Benin və Nigeriyadakı ixtisaslaşmış qurumlardan tanker və ekipaj üzvlərinin tapılması üçün yardım etməsini xahiş edib.