- Köhnə - Dünya
- 3 Fevral 2018 23:19
- 5 725
Afrində 7 türk əsgəri şəhid oldu - Yenilənib 2
Bu gün "Zeytun budağı" əməliyyatı çərçivəsində 1 nəfər PKK/KCK/PYD-YPG və İŞİD terrorçuları ilə mübarizədə, 1 türk əsgəri isə Kilis sərhəd bölgəsində həyata keçirilən terror hücumu nəticəsində həlak olub.
AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin bəyanatında məlumat verilib.
19:06
***
Son məlumatlara görə, "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrində daha bir türk əsgəri şəhid olub.
AzNews.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin bəyanatına əsasən bu gün ümumilikdə 3 türk əsgəri həlak olub.
***
Baş Qərargahın bəyanatına əsasən "Zeytun budağı" əməliyyatı çərçivəsində, Afrinin şimal şərqindəki Şeyx Horoz bölgəsində terrorçuların Türkiyəyə məxsus tanka hücumu nəticəsində 5 əsgərin öldürüldüyü bildirilib.
AzNews.az