- Köhnə - Dünya
- 3 Fevral 2018 20:25
- 3 821
Qrip 10 nəfəri öldürdü
Çex Respublikasında 60 yaşdan yuxarı olan 10 xəstə qrip epidemiyasından ölüb.
AzNews.az xəbər verir ki, bu barədə Çexiyanın baş sanitar həkimi Eva Gottvaldova mətbuata məlumat verib. Proqnozlara əsasən, epidemiyanın ən yüksək həddi 6-8 həftə davam edəcək.
Qərbi Avropada qrip artıq yayılıb. Həkim insanların çox olduğu məkanlardan uzaq olmağı və gigiyenik qaydalara əməl etməyi tövsiyə edir: əllərinizi daha tez-tez və hərtərəfli yuyun, qoruyucu maskalar taxın.
Xəstəliyin yayılmasından bir neçə həftə əvvəl peyvənd olunma vacibdir.