Hərbi hissəyə hücum - 11 nəfər öldü + Yenilənib

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətinin Svat rayonunda terrorçu-kamikadze hərbi obyektə hücum edib.

AzNews.az xəbər verir ki, nəticədə azı 3 nəfər ölüb, 7nəfər isə yaralanıb.

Bu barədə ölkənin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin bəyanatında məlumat verilib.

Hücuma görə məsuliyyəti "Pakistan taliblərinin hərəkatı" öz üzərinə götürüb.

Ərazi polis tərəfindən mühasirəyə alınıb və terrorçuların axtarışı üzrə əməliyyat davam edir.

22:10

***

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətinin Svat rayonunda terrorçu-kamikadzenin hərbi obyektə hücum etməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb.

AzNews.az xəbər verir ki, idman meydançasında baş verən hadisə nəticəsində 13 həbçi yaralanıb.

Faktla ilə bağlı araşdırma aparılır.