Afrində məhv edilən terrorçuların sayı 932-ə çatdı

Türkiyə ordusu Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 32 terrorçunu məhv edib və öldürülən yaraqlıların sayı 932 nəfərə çatıb.

AzNews.az Hurriyet-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələri komandanlığının məlumatında bildirilir.

Aviasiyanın zərbələri nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına məxsus sığınacaq və silah-sursat anbarı kimi istifadə edilən 5 hədəfi məhv edilib.