Futbolçu baş məşqçiyə silah çəkdi

Futbolçu Sezar Paqani komandasının baş məşqçisini tapança ilə təhdid edərək ondan əsas heyətdə yer almasını təmin etməyi tələb edib.

"Bu klubda 45 ildən çoxdur ki, çalışıram, amma mənə qarşı belə bir şey baş verməyib", - deyə baş məşqçi Kristian Neyra bildirib.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, hadisədən sonra mütəxəssis istefa verməyə qərar verib. Polis hadisəni araşdırır.