- Köhnə - Dünya
- 26 Fevral 2018 09:47
- 2 911
İvanka Tramp atasının təklifini qiymətləndirdi
ABŞ prezidentinin qızı və məsləhətçisi İvanka Tramp atasının müəllimlərin silahlandırılması təklifinin uşaqların təhlükəsizliyini təmin edə biləcəyinə əmin olmadığını bildirib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, daha sonra prezidentin qızı onu da əlavə edib ki, prezidentin təşəbbüsü "yaxşı bir fikirdir, ancaq müzakirə edilməlidir."
Qeyd edək ki, prezident Donald Tramp xüsusi təlim keçmiş müəllimlər də daxil olmaqla, kadrların silahlandırılması yolu ilə "məktəbləri möhkəmləndirməyə" çağırıb.