- Köhnə - Dünya
- 28 Fevral 2018 13:24
- 5 628
Hərbçilər min nəfəri “Boko Haram”ın əsirliyindən qurtardılar
Kamerun və Nigeriya hərbçilərinin birgə təşkil etdiyi əməliyyat zamanı "Boko Haram" radikal qruplaşmasının əsirliyindən ən az 1130 nəfər xilas edilib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bundan başqa, Çad gölünün yaxınlığında aparılan əməliyyat zamanı 37 terrorçu məhv edilib, onların silah-sursatı ələ keçirilib.
Nigeriyada fəaliyyət göstərən radikal qruplaşma olan "Boko Haram" Qərb təhsil modelinə qarşı çıxır və ölkə daxilində şəriət qaydalarını tətbiq etməyə çalışır.
İnsan hüquqları təşkilatlarının məlumatlarına görə, "Boko Haram"la 8 ildir davam edən döyüşlərdə 20 min insan həlak olub.