- Köhnə - Dünya
- 28 Fevral 2018 14:06
- 3 208
İraq Rusiyadan S-400 almaq üçün danışıqlar aparır
İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri ölkə rəhbərliyinin S-400 zenit raket komleksləri əldə etmək üçün Rusiya tərəfi ilə danışıqlar aparıldığını təsdiqləyib.
AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, İraq XİN rəhbəri bildirib ki, onun ölkəsi təhlükəsizlik məqsədilə müasir silahlar almaq istəyir. Eyni zamanda İraq regional və beynəlxalq öhdəliklərə hörmət edir.
Nazir həmçinin qeyd edib ki, onlar üçün yeganə maneə ABŞ hakimiyyəti tərəfindən qoyulmuş "veto"dur.