- Köhnə - Dünya
- 1 Mart 2018 12:35
- 3 479
Talibanın qaçırdığı 30 nəfərdən 9-u azad edildi
Əfqanıstanın cənubunda Taliban qruplaşması tərəfindən qaçırılan 30 nəfərdən 9-u azad edilib.
AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, iki gün əvvəl Taliban döyüşçüləri Qəndəhar və Uruzqan əyalətləri arasındakı avtomobil yolunda avtobusa hücum edib sərnişinləri qaçırıbar. Daha sonra qaçırılanların bir qismi azad edilib.
Son zamanlar Talibanın böyük şəhərlərə etdiyi hücumların sayı çoxalıb. Həmçinin ölkədə İŞİD-in təsiri artıb.