Rusiyanın Suriya prezidenti Bəşər Əsədə "hakimiyyətdən get" deməsi qeyri-mümkündür Rusiyanın Suriya prezidenti Bəşər Əsədə "hakimiyyətdən get" deməsi qeyri-mümkündür

““Hakimiyyətdən get“ deyə bilmərik“

Rusiyanın Suriya prezidenti Bəşər Əsədə "hakimiyyətdən get" deməsi qeyri-mümkündür




"Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə gələn həftəyə planlaşdırılan görüşünüzdə Suriya münaqişəsi əsas müzakirə mövzusu olacaq. Rusiya Suriyanın müttəfiqi və bu ölkəyə silah satan əsas ölkədir. Rusiya Bəşər Əsəddən istefa verməyi istəyəcəkmi?", - BBC müxbiri Daniel Sandfordun sualına Lavrov belə cavab verib:

"Xeyr. Rejim dəyişikliyi planına qoşulmadığımızı bilirsiniz. Daxili məsələlərə müdaxilə edilməsinə qarşıyıq. Suriyanı kimin idarə edəcəyini müəyyən etmək bizə düşməz. Buna suriyalılar qərar verməlidir. Britaniya ilə də əsas hədəf baxımından çox uzağıq. İki tərəf də Suriyada birlik və demokratiya istəyir. Ölkələrinin necə idarə ediləcəyinə Suriya xalqının azad şəkildə qərar verməsini istəyir. Münaqişə başlandığından bəri Rusiyanın mövqeyi bu cür olub".


AzNews.az