Martın 8-də Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmanı 11 ölkənin ticarət nazirləri imzalayacaq. Martın 8-də Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmanı 11 ölkənin ticarət nazirləri imzalayacaq.

Bu gün 11 ölkə razılaşma sənədi imzalayacaq

Martın 8-də Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmanı 11 ölkənin ticarət nazirləri imzalayacaq.

"Azərtac" NHK telekanalına istinadla xəbər verir ki, dünyanın iqtisadi baxımdan ən güclü dövləti olan ABŞ yeni yaranan iqtisadi quruma qoşulmayacaq.

Çilinin paytaxtı Santyaqoda keçiriləcək imzalama mərasimindən əvvəl nazirlərin birgə bəyanatla çıxış etməsi nəzərdə tutulur.

TPP üzrə müqavilənin ən azı altı iştirakçı ölkənin parlamentləri tərəfindən təsdiqlənməsindən sonrakı 60 gün ərzində qüvvəyə minəcəyi bildirilir.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa TPP-ni “ticarət üçün ciddi nümunə” adlandırıb. Digər ölkələrin də bu razılaşmaya böyük maraq göstərdiyini qeyd edən baş katib ümid etdiyini bildirib ki, razılaşma azad və ədalətli qaydalara uyğun olaraq inkişaf edəcək.