Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub. Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Qeyd edək ki, 2017-ci ilin aprel ayı iclasında ECB monetar stimullaşdırmanın məbləğini 2 dəfə azaldaraq 60 mlrd. avrodan (74,4 mlrd. dollar) 30 mlrd. avroya (37,2 mlrd. dollar) endirib. Dekabrın 14-də keçirdiyi iclasda isə monetar stimullaşdırma proqramının müddətini 2018-ci ilin sentyabr ayının sonuna qədər uzadıb.

Bugünkü iclasla bağlı ECB-nin sədri Mario Draginin bir qədər sonra açıqlama verəcəyi gözlənilir. Hələlik qərar avronun məzənnəsinə təsir etməyib. Hazırda USD/EUR nisbəti 1,24-dür.

AzNews.az