Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətində silahlıların hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 20-dən çox əməkdaşı öldürülüb Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətində silahlıların hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 20-dən çox əməkdaşı öldürülüb

Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 20-dən çox əməkdaşı öldürülüb

Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətində silahlıların hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 20-dən çox əməkdaşı öldürülüb

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Ariana News telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, silahlılar Balabuluk rayonunda təhlükəsizlik qüvvələrinin postlarına basqın ediblər. Hücum zamanı 18 asayiş keşikçisi həlak olub və üç əməkdaş oğurlanıb. Güc strukturlarının daha 6 əməkdaşı “Taliban” hərəkatı silahlılarının hücumu nəticəsində vilayətin inzibati mərkəzi olan Fərəh şəhərində qətlə yetirilib.

2014-cü ildə ABŞ-ın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması aktiv fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır