- Köhnə - Dünya
- 28 Mart 2018 12:11
- 4 269
Təl-Əviv hava limanında iki təyyarə toqquşdu
İsrailin paytaxtı Təl-Əvivdə yerləşən beynəlxalq hava limanında iki sərnişin təyyarəsi toqquşub.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Almaniyanın "Wings" aviaşirkətinin təyyarəsi uçuş zamanı İsrailə məxsus təyyarə ilə toqquşub. Sərnişinlər dərhal təyyarədən endirilib.
Onların arasında ölən və ya yaralanan yoxdur.