- Köhnə - Dünya
- 28 Mart 2018 15:17
- 4 502
Tramp KXDR lideri ilə görüşü səbirsizliklə gözləyir
ABŞ prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen Inla görüşməyi səbirsizliklə gözləyir.
AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, Tramp bu barədə Twitter-də yazıb. Tramp əlavə edib ki, uzun illər hər kəs Koreya yarımadasında barış və nüvə silahından imtina edilməsi üçün ən kiçik bir şans olmadığını söyləyib. Ancaq indi Kim Çen Inın xalqı və insanlıq üçün doğru olan etmək ehtimalı var.
"Görüşümüzü səbirsizlikə gözləyirəm, amma bu Şimali Koreyaya olan təzyiqlərin azalması anlamına gəlməməlidir", deyə Tramp qeyd edib.