“Rusiya bizi anlamaq istəmirsə...” - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiyaya ixrac problemi ilə bağlı olaraq məhsullar üçün yeni bazarlar axtarmaq tapşırığı verib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, prezident Lukaşenko məmurlara tapşırıq verib ki, onlar məhsulları satmaq üçün digər bazarlar tapsın.

Belarus lideri daha sonra "Rusiya bizi anlamır və anlamaq istəmirsə, bu onun öz məsələsidir. Biz Rusiya prezidentinin inaqurasiyasından sonra bu məsələni müzakirə edəcəyik. Siz isə digər bazarlara baxın. Bir bazarda daim qala bilməzsiniz" deyə məmurlara müraciət edib.