Rusiyanın Türkiyədəki keçmiş səfiri mərhum Andrey Karlovun sui-qəsdi ilə bağlı araşdırmada yeni məqamlar üzə çıxıb. Rusiyanın Türkiyədəki keçmiş səfiri mərhum Andrey Karlovun sui-qəsdi ilə bağlı araşdırmada yeni məqamlar üzə çıxıb.

Karlovun qətli ilə bağlı yeni məqamlar üzə çıxdı

Rusiyanın Türkiyədəki keçmiş səfiri mərhum Andrey Karlovun sui-qəsdi ilə bağlı araşdırmada yeni məqamlar üzə çıxıb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, FETÖ lideri Fətullah Gülən ilə birlikdə Əmrə Uslu və Şerif Əli Tekalanın da aralarında olduğu 8 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Rusiyanın keçmiş səfiri Andrey Karlov, Mövlud Mərd Altıntaş tərəfindən 19 dekabr 2016-cı ildə sərgi zamanı öldürülmüşdü.

Ankara respublika prokuroru Adəm Akıncının apardığı araşdırmada önəmli məqamlar üzə çıxıb. Belə ki, sui-qəsdin FETÖ lideri Fətullah Gülənin göstərişi ilə gerçəkləşdirildiyi aydın olub və 8 nəfər haqqında həbs qərarı çıxarılıb.