- Köhnə - Dünya
- 3 Aprel 2018 09:30
- 4 451
Trampın reytinqi yüksəlib
ABŞ prezidenti Donald Tramp bildirib ki, reytinqləri ABŞ-ın keçmiş prezidenti Barak Obamadan daha yüksəkdir.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tramp bunu Twitter-də yazıb.
"Aprelin 2-də aparılan rəy sorğuları nəticəsində ABŞ prezidenti seçicilərin təxminən 50%-i tərəfindən müsbət rəy alıb. Bu göstərici ilə o, keçmiş prezident Barak Obamanın eyni dövründəki nəticəsini geridə qoyub", - deyə Tramp "The Washington Examiner" jurnalından sitat gətirib.