- Köhnə - Dünya
- 5 Aprel 2018 09:46
- 2 861
Stoltenberq NATO-nun gücləndirilməsinə söz verdi
NATO-nun baş katibi Yens Stoltenberq ittifaqın müdafiə imkanlarını gücləndirmək üçün tədbirlər görəcəyini bildirib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Stoltenberq bunu Kanadaya səfər zamanı açıqlayıb.
"Son bir neçə il ərzində dünya daha çox qeyri-sabit məkana çevrilib. NATO buna qətiyyətlə reaksiya verib", deyə Stoltenberq vurğulayıb.
İttifaqın baş katibi əlavə edib ki, NATO-nun sərhədlərindən kənarda sabitliyin təmin edilməsi və terrorizmlə mübarizə vacibdir.