Əfqanıstanın şimalında Sari-Pul əyalətində baş vermiş hücum nəticəsində iki hərbçi həlak olub. Əfqanıstanın şimalında Sari-Pul əyalətində baş vermiş hücum nəticəsində iki hərbçi həlak olub.

Əfqanıstanda hərbçilərə hücum edilib - 2 ölü

Əfqanıstanın şimalında Sari-Pul əyalətində baş vermiş hücum nəticəsində iki hərbçi həlak olub.

Trend-in məlumatına görə, hücumu “Taliban” silahlıları həyata keçirib.

Qeyd olunur ki, nəzarət-buraxılış məntəqəsinə hücum 30 dəqiqə davam edib. Atışma nəticəsində daha 3 hərbçinin yaralandığı bildirilir.

Silahlıların itki verib-verməməsi barədə məlumat verilməyib.