- Köhnə - Dünya
- 9 Aprel 2018 15:18
- 3 920
ABŞ polisi daha bir nəfəri öldürdü
ABŞ-da polis, evsizlərə aid sığınacaqda gizlənmiş bir adama atəş açıb və onu öldürüb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-da polis oğurlanmış "Honda" markalı maşının yanında bir nəfərin dayandığını görüb. Həmin şəxs qaçaraq evsizlərə aid sığınacağa girb. Onun ardınca gələn polis həmin şəxsə atəş açıb. O, aldığı yaralardan hadisə yerindəcə keçinib.
Qeyd edək ki, qaçan şəxsin silahlı olduğuna dair heç bir sübut tapılmayıb. Eyni zamanda polis maşını onun oğurladığına da əmin deyil.