- Köhnə - Dünya
- 9 Aprel 2018 16:32
- 4 547
Norveçdə “müharibə” həyəcanı
Norveçdə qeyri-adi olay yaşanıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Norveçin şimalında, Rusiya ilə sərhəddə yerləşən Vadso kəndində həyəcan siqnalı çalınıb. Əhali müharibə başladığını düşünərək həyəcan keçiriblər. Lakin sonradan həyəcan siqnalının öz-özünə çalındığı bəlli olub.
Polis hadisənin baş vermə səbəbini axtarır.