- Köhnə - Dünya
- 12 Aprel 2018 11:46
- 4 268
ABŞ-ın kəşfiyyat təyyarələri Yunanıstanda
Yunanıstanın Krit adasına ABŞ-a məxsus iki kəşfiyyat təyyarəsi gəlib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, təyyarələr Heraklion yaxınlığındakı "Nikos Kazantzakis" hava limanına enib.
Bunlar, Əfqanıstan və İraq əməliyyatlarında istifadə edilən "MC-12S EMARSS" və "MC-12W Liberty" modelli təyyarələrdir.
Təyyarələrin heyəti dörd nəfərdən ibarətdir: komandir, pilot və məlumat toplamaqla məşğul olan iki zabit.