“Mossad”ın keçmiş rəhbərindən müharibə anonsu

İsrailin kəşfiyyat xidməti "Mossad"ın keçmiş rəhbərlərindən biri Efraim Halevi, İsraillə Rusiya arasında hərbi toqquşma ehtimalının artdığını bildirib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Halevi İsraillə Rusiya arasında son dönəmlər yaşanan gərginliyə münasibət bildirib.

"İsrailin Rusiya ilə qarşı-qarşıya gəlməsi mümkündür və müharibə ola bilər. Müharibə olacağı təqdirdə qalib gəlməyin yolunu tapmalıyıq", deyə "Mossad"ın keçmiş rəhbəri bildirib.