İtaliya İspaniyanı geridə qoydu

İtaliya İspaniyanı geridə qoyaraq Çinin dördüncü ən böyük şərab ixracatçısı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyada keçirilən “VİNİTALY” beynəlxalq şərab və spirtli içkilər sərgisində verilən məlumatda bildirilib.

Cari ilin yanvar-fevral aylarında İtaliyanın Çinə şərab ixracı 34,7 faiz artıb.

Fransa Çinə şərab ixrac edən ölkələr arasında birinci yerdədir. İkinci, üçüncü yerləri Avstraliya və Çili bölüşürlər.

AzNews.az