Müxalifət Ermənistanın İctimai Radiosunu ələ keçirib - Video + Foto

Ermənstanın əsas radiosu müxalifət qüvvələri tərəfindən ələ keçirilib.

AzNews.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, müxalifət nümayəndələri radionun binasına daxil olandan sonra yayım kəsilib. Radio 1926-cı ildən ilk dəfə yayımını dayandırıb.

Raidonun binasında elektrik enerjisi kəsilib. “FM” şəbəkəsi formatında efir yayımı bir saatdan artıq dayanıb. Müxalifət nümayəndələri radionun binasını tərk etdikdən sonra rəqəmsal formatda efir bərpa olunub.

Nümayişçilər Yerevanın küçələrində yürüşlərini davam etdirirlər.

image description