- Köhnə - Dünya
- 14 Aprel 2018 22:32
- 3 679
Sinayın mərkəzində iri terror aktının qarşısı alınıb
Misir Silahlı Qüvvələri Sinay yarımadasının mərkəzində iri terror aktının qarşısını alıblar.
AzNews.az Azərtac-a istinadla xəbər verir ki, Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Tamer əl-Rifainin bəyanatına görə, ölkənin silahlı qüvvələri aprelin 14-də “Sinay-2018” antiterror əməliyyatı çərçivəsində yarımadanın mərkəzi hissəsində iri terror hücumunun qarşısını almağa müvəffəq olub. Avtomat və pulemyotlarla silahlanmış 14 nəfərdən, o cümlədən “şəhid kəməri” geyinmiş dörd intiharçı-terrorçudan ibarət qrup dan yeri ağaranda yarımadadakı hərbi düşərgəyə hücum edib.
T.əl-Rifahinin sözlərinə görə, Misir hərbçiləri ilə terrorçular arasında atışma başlayıb. Atışma zamanı terrorçuların hamısı məhv edilib. “Şəhid kəməri” taxmış silahlılar özlərini partladıblar. Nəticədə 8 hərbi qulluqçu həlak olub, 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb.