Barselonada 300 min nəfər küçələrə axışdı

İspaniya, Barselona şəhərində 300 min nəfərin iştirakı ilə etiraz aksiyası baş verib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, aksiyada Kataloniyanın məşhur siyasətçiləri, habelə Barselonanın meri Ada Kolau və katalon hökumətinin keçmiş rəhbəri Artur Mas və başqaları iştirak edirdilər.

Aksiyanın əsas səbəbi hal-hazırda bir sıra siyasi xadimlərin həbsdə olmasdı.

Aksiyada əsas 9 nəfərin azadlığı tələb olunurdu ki, onların da arasında Kataloniyanın sabiq hökumət başçısı Karlesa Puçdemona da var.