- Köhnə - Dünya
- 15 Aprel 2018 21:41
- 5 396
Roma papası Suriyada baş verənlərə görə narahatdı - Foto
Roma papası Fransisk Suriyada baş verən hadisələrlə bağlı narahatçılığını ifadə edib.
AzNews.az bu barədə "Vatican News"-a istinadən xəbər verir.

"Dünyada hazırkı mövcud vəziyyət məni dərindən narahat edir, beynəlxalq ictimaiyyətin əlində alətlərin olmasına baxmayaraq, Suriya və dünyanın digər bölgələrində sülh naminə ümumi fəaliyyəti razılaşdırmaqda çətinliklər var", - deyə o bildirib.
Bununla yanaşı pontifik dünya liderlərini Yer kürəsində və regionda sülhün üstünlüyünü təmin etməyə çağırıb.
Qeyd edək ki, ABŞ Fransa və Böyük Britaniya ilə birgə keçirilən əməliyyat nəticəsində Suriyanın bir sıra bölgələrini bombalayıb. Əməliyyatların keçirilməsində isə əsas məqsəd Suriyanda kimyəvi silahlardan istifadə olunması qeyd olunur.