- Köhnə - Dünya
- 16 Aprel 2018 12:45
- 4 880
Venesuelada alternativ valyuta dövriyyəyə buraxılır
Venesuelanın paytaxtı Karakasda yeni pul vahidi - kariba dövriyyəyə çıxarılıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt meri Erika Fariasın sözlərinə görə, kariba iqtisadi müharibə şəraitində əhalini qorumağa kömək edəcək. Dövriyyəyə 5, 10, 20, 50 və 100 nominallıq kariba çıxarılıb. Yeni valyutanın hər vahidi min bolivardır.