Prokuror olduğunu deyib iki dostunu tutdurdu, amma...

Türkiyədə qeyri-adi olay baş verib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Adana şəhərində yaşayan Nədim M. polisə zəng vurub "prokuror" olduğunu bildirib və iki dostunun ünvanını verərək onların tutulmalarını əmr edib. Polis qeyd edilən ünvanlara gedərək onun dostlarını tutub və prokurorluğa məlumat verib. Prokurorluqdan isə belə bir tapşırığın olmadığını bildiriblər. Nəticədə Nədim M. tutulub və məsuliyyətə cəlb edilib.