- Köhnə - Dünya
- 17 Aprel 2018 14:51
- 4 885
Ermənistanda etirazçıların lideri “məxməri inqilab”ın başlandığını elan etdi
Ermənistanda müxalifət partiyasının lideri Nikol Paşinyan "məxməri" inqilabın baş verdiyini elan edib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar Serj Sarkisyanın baş nazir postuna namizədliyini verməsinə qarşı çıxırlar. Mitinqin keçirildiyi Fransa meydanına təxminən 3 min nəfər toplanıb. Etirazçılar hazırda İrəvan küçələrində hərəkət edirlər. Polis etirazçılara müdaxilə etmir.