Çavesi mümyalaya bilmədilər - SƏBƏB

Martın 5-də dünyasını dəyişmiş Venesuela prezidenti Uqo Çavesin meyidi balzamlanaraq, mavzoleyə qoyulmayacaq.

Bu barədə prezident səlahiyyətlərini müvəqqəti olaraq icra edən vitse-prezident Nikolas Maduro açıqlama verib. Onun sözlərinə görə, Uqo Çavesin meyitinin də Lenin, Ho Şi Min və Mao Tszedun kimi mumlayaraq mavzoleyə qoyulması planı təxirə salınır.

Buna səbəb mumyalanmanı həyata keçirmək üçün Venesuelaya gələn Rusiya və Almaniya mütəxəssislərinin bu prosesi həyata keçirməkdən imtina etmələri olub. Mütəxəssislər mumyalanma üçün Uqo Çaves ölən kimi müəyyən prosedurların həyata keçirilməli olduğunu, bu edilmədiyi üçün də artıq gec olduğunu bildiriblər. Beləliklə, Venesuela prezidentinin dəfn edilməsinə qərar verilib.

Bu arada, Uqo Çavesin ölümü ilə əlaqədar rəsmi matəm martın 15-dək uzadılıb. Dünən BMT-nin Baş Assambleyasında da Uqo Çavesin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

AzNews.az