Məşhur DJ Avicii dünyasını dəyişdi

İsveçli ulduz DJ Avicii Omanın paytaxtı Məsqət şəhərində dünyasını dəyişib.

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, Avicii ləqəbi ilə tanınan superulduz Tim Bergling 28 yaşında vəfat edib.

Hələlik ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, Bergling səhhətində yaranan problemlərə görə 2016-cı ildən bəri canlı konsertlərdə çıxış etmirdi.

Onda kəskin pankreatit olduğu bildirilirdi.