- Köhnə - Dünya
- 24 Aprel 2018 11:44
- 2 014
Hindistanda daha 8 üsyançı öldürüldü
Hindistanda Maoçu üsyançılara qarşı əməliyyatlar davam edir.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Hindistanın qərbində Maoçu üsyançılara qarşı aparılan əməliyyat zamanı 8 üsyançı öldürülüb. Bununla da son iki gündə öldürülən üsyançıların sayı 22-yə çatıb.
Qeyd edək ki, Çinin inqilabçı lideri Mao Tzsedundan ilham alan üsyançılar 1967-ci ildən bəri bir çox silahlı hücumlar həyata keçiriblər.