Ermənistan prezidenti məsləhətləşmələrə başladığını elan etdi

Ermənistan prezidenti Armen Sarkisyan parlamentdə təmsil olunan və olunmayan gücləri təmsil edən nümayəndələrlə məsləhətləşmələrə başladığını elan edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Bu gündən etibarən ölkəmizdəki vəziyyəti və bu durumdan çıxış yollarını müzakirə etmək üçün parlament və qeyri-parlament güclərinin nümayəndələri ilə məsləhətləşmələrə başlayıram", deyə Armen Sarkisyan bildirib.