- Köhnə - Dünya
- 27 Aprel 2018 19:06
- 3 783
Pakistanda toyda partlayış baş verdi - Ölənlər var
Pakistanın şimal-qərbində toyda partlayış baş verib.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, hadisə aprelin 26-da axşam saatlarında Şimali Vəziristan vilayətinin Qulam Xan rayonunda qeydə alınıb.
Naməlum silahlı şəxslər toyun keçirildiyi evə bir neçə əl qumbarası atıb. Nəticədə ən azı 3 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında qadın və uşaqların olduğu da bildirilir.
Polis araşdırma aparır.
AzNews.az